17 Yanvar 2026, 09:21
FUTBOL
Niderlandın əfsanəvi futbolçularından olan Rud van Nistelroyun ölkəsinin milli komandasının məşqçilər korpusunda yer alacaq.
Matc.az xəbər verir ki, bu barədə Niderland millisinin mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, 49 yaşlı mütəxəssis fevralın 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Van Nistelroy həmin tarixdən etibarən Ronald Kumanın köməkçisi olacaq və DÇ-2026-nın hazırlığında iştirak edəcək.
Qeyd edək ki, niderlandlı mütəxəssis ötən ilin dekabr ayından işsizdir. O, son olaraq "Lester"in baş məşqçisi vəzifəsində çalışıb.












