“Qarabağ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Şamaxı”nın qonağı olub.

Matc.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Belə hava şəraitində futbolçuları tək qoymadılar. Oyuna gəlincə, maraqlı qarşılaşma oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar. Məğlub olmağımızın səbəblərindən biri kimi “Şamaxı”nın yaxşı çıxış etməsini deyə bilərəm.

Oyun dumanlı hava şəraitində keçdi. İkinci hissədə meydanın qarşı tərəfini demək olar ki, görmürdüm.

PFL-ə müraciət etdik ki, “Nefçi” ilə Premyer Liqadakı oyunu təxirə salaq. Burada “Neftçi” olmaya da bilərdi, başqa komanda ola bilərdi. Biz niyə müraciət etdik? Reqlamentdə də bu var, komanda pley-off-a çıxdıqda belə imkan olur. Razılaşmaya da bilərlər. Onların da öz proqramları var. Olmadı deyə, kimdənsə narazı deyilik. Sadəcə, qarşıdakı oyunlara hazırlaşmalıyıq. Buna neqativ cavab deməzdim. Sadəcə “yox” deyiblər. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri də başa düşmək lazımdır. Bizim üçün hə, yaxşı olardı. Daha yaxşı hazırlaşa bilərdik. Bu da çox vacib oyundur. Hansı ki, “Nyukasl” təcrübəli komandadır. Bunun üçün də yaxşı hazırlıq lazımdır. Ona görə də, müraciət etdik. Eybi yox, alınmadı, biz də başqa variantlara əl atmalıyıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest