Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyunluq cəza alıb. Rusiyalı mütəxəssisin davranışına görə klub 10000 manat cərimələnib.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

"Qəbələ" “Sabah”la oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə kluba xəbərdarlıq edilib.

“Kəpəz”lə oyunun 41-ci dəqiqəsində “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Klub 2500 manat cərimə edilib. Eyni matçın 64-cü dəqiqəsində tovuzluların baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyunluq cəza alıb. Rusiyalı mütəxəssisin davranışına görə klub 10000 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest