15 Fevral 2026, 10:34
FUTBOL
"Real" La Liqanın 24-cü turunda evdə "Real Sosyedad"ı 4:1 hesabı ilə məğlub edərək turnir rekorduna imza atıb.
Matc.az xəbər verir ki, Madrid klubunun 4 qolundan ikisi penaltilərdən vurulub.
Cari çempionatın 24 turundan sonra "Real" 13 penalti vurub ki, bu da turnirin yeni rekordudur.
Bu göstərici daha əvvəl "Barselona" olub. Kataloniyalılar 1950/51 və 2015/16 mövsümlərində 12 penalti ilə ən yaxşı rekorda sahib olub.
Qeyd edək ki, "Real" 24 turdan sonra La Liqada 60 xalla turnir cədvəlinə başçılıq edir.


.jpg копия_1771152096.jpg)









