15 Fevral 2026, 10:42
FUTBOL
"Bavariya" "Qalatasaray"ın hücumçusu Viktor Osimhenlə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Ekrem Konur paylaşıb.
Bildirilir ki, nigeriyalı hücumçu Münhen klubu tərəfindən hücum xəttini gücləndirmək üçün namizəd kimi nəzərdən keçirilir. "Bavariya" rəhbərliyi onun transferini mümkünlüyünü araşdırır və vəziyyəti izləyir.
Digər Avropa klublarının da Osimhenlə maraqlandığı bildirilir, ona görə də növbəti "transfer pəncərəsi"ndə oyunçu üçün təkliflər mübarizəsi başlaya bilər.
Qeyd edək ki, hücumçu bu mövsüm İstanbul klubudan bütün yarışlarında 22 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" 27 yaşlı futbolçunu 75 milyon avro dəyərində qiymətləndirir.












