Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu "Real"ın 23 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etməklə öz mövqeyini gücləndirməyə çalışır.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı klubu fransız futbolçunu 2026-cı ilin fevral ayının əvvəlində Türkiyənin "Fənərbaxça" klubuna keçən Nqolo Kantenin əvəzedicisi kimi görürlər.

Aktiv danışıqlar bu yay başlayacaq. Kamavinqanın "Real" ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.

"Əl-İttihad"dan başqa, iki ingilis nəhəngi - "Arsenal" və "Liverpul" da Kamavinqanı transfer etmək istəyir.

"Transfermarkt" Kamavinqanın dəyərini 50 milyon avro qiymətləndirir, lakin onun faktiki qiyməti xeyli yüksək ola bilər. Maraqlanan klublar onu satmağa inandırmaqda çətinlik çəkəcəklər, çünki o, "Real"ın əsas oyunçularından biri hesab olunur.

Xatırladaq ki, gənc yarımmüdafiəçi 2021-ci ilin yayında "Renn"dən Madridə köçüb. O vaxtdan bəri o, "Real"da 207 oyun keçirib, 6 qol vurub və 11 məhsuldar ötürmə edib. O, həmçinin Fransa millisində 28 oyun keçirib və 2 qol vurub.

Cari mövsümündə isə Kamavinqa 27 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest