"Real"ın qapıçısı Tibo Kurtua "Le Man"ın klubuna ortaq olub.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı belçikalı qapıçı özünün investisiya fondu olan "NxtPlay" vasitəsilə Fransanın ikinci divizionunda çıxış edən komandada pay alıb.

Xatırladaq ki, serbiyalı tennisçi Novak Cokoviç, braziliyalı yarış pilotu Felipe Massa və danimarkalı pilot Kevin Maqnussen də "Le Man"ın ortaq sahiblərindəndir.

Bu mövsüm Kurtua bütün yarışlarda 34 oyun keçirib, 32 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb.

"Le Man" Liqa 2 turnir cədvəlində 23 turdan sonra 39 xalla beşinci yerdə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest