21 Fevral 2026, 10:02
FUTBOL
UEFA "Barselona"nı Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Slaviya" (2:4) ilə oyununda baş verənlər görə 30.500 avro cərimələyib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu azarkeşləri tərəfindən məşəllərin yandırılmasına görə 15.500 avro ödəməlidir. "Barselona" həmçinin meydana gec çıxdığına görə 15.000 avro cərimələnib. Bu gecikmənin "Barselona"nın baş məşqçisi Hans-Dieter Flikin hərəkətləri ilə bağlı olduğu vurğulanıb. Hans-Dieter Flik buna görə UEFA-dan potensial cəzaya səbəb ola biləcək xəbərdarlıq alıb.
Qeyd edək ki, "Barselona" Çempionlar Liqasını Liqa mərhələsini 16 xalla beşinci sırada başa vurub.












