"Real"ın avstriyalı müdafiəçisi David Alaba Madrid klubundan ayrılmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.

Bildirilir ki, 33 yaşlı futbolçunun yayda Madrid klubu ilə müqaviləsi başa çatır və o, azad agent statusunda olacaq. Müdafiəçinin karyerasını harada davam etdirməyi planlaşdırdığı hazırda məlum deyil.

Qeyd edək ki, Alaba "Real"a 2021-ci ilin yayında "Bavariya"dan azad agent kimi qoşulub, lakin zədələr onun Madriddə potensialını tam şəkildə reallaşdırmasına mane olub.

Bu mövsüm Alaba 10 qarşılaşmada meydana çıxıb və cəmi 240 dəqiqə oynayıb. "Transfermarkt" müdafiəçini 4 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest