PSJ-nin hücumçusu Usman Dembele baldır əzələsində narahatlıq hiss edir.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oyunçu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Monako"ya (3:2) ilə qarşılaşmada zədə alıb. Dembele yaxın günlərdə fərdi məşq proqramında iştirak edəcək.

Qeyd edək ki, Dembele bu mövsüm PSJ-də 25 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest