"Kayserispor"un yeni baş məşqçisi məlum olub.

Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Erlinq Moe ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

55 yaşlı norveçli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Erlinq Moe son olaraq "Beşiktaş"da köməkçi məşqçi vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest