25 Fevral 2026, 13:30
FUTBOL
"Beşiktaş" "Kristal Pelas"da çıxış edən Dayti Kamadanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Yaponiyalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. İstanbul nəhəngi bu amildən yararlanaraq azad agent statusunda olacaq Kamadanı heyətinə qatmağa çalışacaq. "Qara qartallar" artıq 29 yaşlı futbolçu ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, Dayti Kamada bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 27 oyunda 2 qol ötürməsi edib.












