25 Fevral 2026, 14:59
FUTBOL
"Utrext"in müdafiəçisi Suffian El-Karuani karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Africafoot" məlumat yayıb.
"Beşiktaş" mərakeşli futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi El-Karuanini yayda heyətinə qatmağa çalışacaq.. 25 yaşlı sol cinah müdafiəçisi özü Türkiyə klubuna keçməyə isti yanaşır.
Qeyd edək ki, Suffian El-Karuani bu mövsüm "Utrext"in heyətində keçirdiyi 38 oyunda 3 qol vurub, 16 qol ötürməsi edib.












