25 Fevral 2026, 14:50
FUTBOL
"Fənərbaxça" heyətinə yeni hücumçu cəlb edib.
Matc.az İstanbul nəhəngi əzəli rəqibi "Qalatasaray"dan Çağrı Hakan Baltanı transfer edib.
17 yaşlı forvard artıq yeni komandası ilə məşqə çıxıb. Gənc futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Çağrı Hakan Balta "Qalatasaray" akademiyasının yetirməsidir. O, "sarı-qırmızılar"ın sabiq müdafiəçisi Hakan Baltanın oğludur.












