27 Fevral 2026, 02:40
FUTBOL
"River Plate"in keçmiş baş məşqçisi Martin Demiçelis tezliklə İspaniyanın "Mayorka" klubuna rəhbərlik edəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Matteo Moretto paylaşıb.
Bildirilir ki, 45 yaşlı argentinalı mütəxəssis hazırda La Liqanın aşağı liqaya düşmə zonasında olan komandanı cari mövsümün sonuna qədər idarə etməyə razılıq verib. O, klubun 24 fevralda istefaya göndərdiyi ispan məşqçi Yaqoba Arrasateni əvəz edəcək.
Demiçelisin son iş yeri 2025-ci ilin may ayında ayrıldığı Meksikanın "Monterrey" klubu olub.












