"Mançester Yunayted" Roberto Martinesi komandanın yeni baş məşqçisi təyin etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ben Ceykobs paylaşıb.

İspaniyalı məşqçi "qırmızı şeytanlar"ın əsas namizədləri siyahısındadır, çünki onun Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən ayrılacağı gözlənilir.

52 yaşlı mütəxəssis 2023-cü ilin yanvar ayından bəri Portuqaliya millisinə rəhbərlik edir. Martinesin hazırkı müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədərdir. Onun rəhbərliyi altında Portuqaliya 2025-ci il Millətlər Liqasının qalibi olub.

Hazırda "Mançester Yunayted"in baş məşqçi postunda Maykl Kerrikdir. Onun müqaviləsi 2026-cı ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest