01 Mart 2026, 10:48
FUTBOL
"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Premyer Liqasının 24-cü turunda səfərdə "Əl-Feyha" üzərində 3:1 hesablı qələbə qazanıb.
Matc.az xəbər verir ki, qonaq komandanın hücumçu Kriştiano Ronaldo oyuna start heyətində başlasa da, sona qədər meydanda qala bilməyib. O, 81-ci dəqiqədə sağ ayağındakı problem səbəbindən əvəzlənib.
Bundan əlavə, 41 yaşlı hücumçu oyun zamanı penaltidən yararlana bilməyib. Buna baxmayaraq, "Əl-Nəsr" 3 xal qazanmağı bacarıb.
Qeyd edək ki, "Əl-Nəsr" növbəti turda səfərdə "Əl-Vasl" ilə qarşılaşacaq. Portuqaliyalı hücumçunun bu oyunda iştirakı hələlik qeyri-müəyyən olaraq qalır.












