01 Mart 2026, 12:02
FUTBOL
Polşa Ekstraklasasında 23-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi "Motor" doğma meydanda "Korona" ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 2 cavabsız qolu ilə nəticələnib.
Millimizin üzvü 82-ci dəqiqədə, komandasının qolları vurulandan sonra meydana buraxılıb.
Qeyd edək ki, "Motor" hazırda 30 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.












