Fransanın "Nant" klubunun yeni baş məşqçisi məlum olub.

Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisini Vahid Halilhodziç çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovinadan olan mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Vahid Halilhodziçin son iş yeri Mərakeş yığması olub. "Nant" isə Əhməd Kantari ilə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest