"Liverpul" yay "transfer pəncərəsi" zamanı 6 oyunçusu ilə yollarını ayırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" paylaşıb.

Bildirilir ki, ingilis klubunda yola salınacaqların sırasında hücumçu Məhəmməd Salah var.

"Liverpul" bu yay müqaviləsi başa çatacaq müdafiəçi Endryu Robertsonun gələcəyini də müzakirə edir.

Müdafiəçi İbrahima Konatenin gələcəyi də qeyri-müəyyəndir. "Qırmızılar" oyunçuya yeni müqaviləni nəzərdən keçirmək üçün aprelin əvvəlinə qədər vaxt verib.

"Liverpul" klubdakı iki mövsümündə baş məşqçi Arne Slotun etimadını qazana bilməyən cinah oyunçusu Federiko Kyeza üçün təklifləri də nəzərdən keçirəcək.

Müdafiəçi Cozef Qomezin gələcəyi əsasən Konatenin "Liverpul"dakı statusundan asılıdır. Oyunçu az oyun müddətindən narazıdır.

Yarımmüdafiəçi Kertis Consun da komandada qalıb-qalmayacağı sual altındadır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest