20 Mart 2026, 17:19
FUTBOL
"Atletik" mövsümün sonunda baş məşqçi Ernesto Valverde ilə yollarını ayıracaq.
Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
62 yaşlı mütəxəssislə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayacaq.
Qeyd edək ki, Ernesto Valverde 2022-ci ilin yayında "Atletik"in baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında 2023/2024 mövsümündə İspaniya Super Kubokunun qalibi olub. Bilbao təmsilçisi ötən mövsüm isə uzun fasilədən sonra Çempionlar Liqasına vəsiqə qazanıb.



_1759308746.jpg)

_1774027941.jpg)






