Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Qalatasaray" türkiyəli yarımmüdafiəçini transfer etmək istəyir. İtaliya klubu 32 yaşlı futbolçunu 15-20 milyon avro qarşılığında satmağa hazırdır. Keçidin yayda baş tutmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə keçirdiyi 25 oyunda 9 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest