23 Mart 2026, 18:23
FUTBOL
"Ayntraxt" mario Qyötsenin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Artıq Almaniya millisinin sabiq üzvü ilə razılıq əldə olunub. 33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 1 illik yeni sözəşmə imzalanacaq.
Qeyd edək ki, Mario Qyötse bu mövsüm Frankfurt təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 2 qol vurub.












