Braziliyanın "Kruzeyro" klubu Artur Jorgenin baş məşqçi təyin olunduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssislə 2027-ci ilin sonuna qədər müqavilə imzalanıb. Jorgenin məşqçilər heyətində köməkçiləri Andre Kunya, Joao Kardoso, fiziki hazırlıq üzrə məşqçi Tiaqo Lopes və analitik Rodriqo Mira yer alıb.

Artur Jorge əvvəllər Portuqaliyanın "Braqa", Braziliyanın "Botafoqo", Qətərin "Əl-Rayyan" və digər klubları çalışdırıb.

Hazırda "Kruzeyro" Braziliya A Seriyasının turnir cədvəlində 3 xalla 20-ci yerdə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest