Niderland çempionatında 28-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, milli komandamızın üzvü Ozancan Kökçünün formasını geyindiyi "Volendam" səfərdə "Sparta"ya (Rotterdam) 0:2 hesabı ilə məğlub olub.

Kökçü oyuna start heyətində başlasa da, 60-cı dəqiqədə əvəzlənib.

Hazırda "Volendam" 27 xalla turnir cədvəlində 14-cü pillədədir.

Qeyd edək ki, Kökçü millimizin "FIFA series" turniri üçün milliyə dəvət edilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest