"Real"ın mərkəz müdafiəçisi Antonio Rudiger tezliklə İtaliya A Seriyasına keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Tuttosport" yayıb.
Bildirilir ki, alman oyunçunun "Yuventus"un baş məşqçisi Luçano Spalletti ilə çox yaxşı münasibətləri. Buna görə də təcrübəli müdafiəçinin Turinə keçməsi olduqca mümkündür.
Rudigerin Madrid klubu ilə müqaviləsi cari mövsümünün sonunda bitir. Müdafiəçinin "qoca sinyora" və ya başqa bir klubla azad agent kimi müqavilə imzalaması mümkündür.
"Real"ın baş məşqçisi Alvaro Arbeloa isə 33 yaşlı futbolçunu ən azı bir mövsüm daha saxlamaq istəyir.
Xatırladaq ki, Rudiger 2022-ci ilin yayından bəri "Real"da oynayır. O, madridlilərin heyətində ümumilikdə 173 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.












