23 Mart 2026, 20:59
FUTBOL
Türkiyənin "Adana Dəmirspor" klubunun daha 6 xalı silinib.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
FIFA İntizam Komitəsi bu barədə qərar qəbul edib.
Qeyd edək ki, I Liqada mübarizə aparan "Adana Dəmirspor"un bu mövsüm ümumilikdə 60 xalı silinib. Komanda hazırda -57 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.












