"Mançester Yunayted" və Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro Amerikanın "İnter Mayami" və "Los Anceles Qalaksi" klublarının marağına səbəb olub.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Kazemironun "Mançester Yunayted"lə müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir. Yanvarın sonlarında ingilis klubu yarımmüdafiəçinin mövsümün sonunda komandadan azad agent kimi ayrılacağını açıqlayıb.

Potensial transfer azad agent statusunda baş tutacaq. Lakin klublar MLS-in maaş limiti səbəbindən onunla müqavilə bağlamaqda çətinlik çəkə bilərlər.

Qeyd edək ki, braziliyalı 2022-ci ilin yayından "qırmızı şeytanlar"da çıxış edir. Bu mövsüm o, "Mançester Yunayted"in heyətində bütün yarışlarda 30 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 8 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest