"Əlimizə düşən epizodları vura bilmədik".

"Zirə" Misli Premyer Liqasının 26-cı turunda doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, "qartallar"ın məşqçisi Vüqar Məmməd oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamız çoxsaylı epizodlarla üstünlük nümayiş etdirirdi. 90 dəqiqə üstünlüyümüz var idi. 4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik. Sonda bərabərlik oldu. Böyük üstünlük bizim tərəfimizdə idi. 

- "Neftçi" ilə xal fərqiniz 3-ə düşdü. Bu haqda fikriniz necədir?
- Biz oyundan-oyuna hazırlaşırıq, hər matça maksimum köklənirik. Yuxarı pillələrdə yer tutmaq istəyirik. Futboldur, hər şey ola bilər.

- Penaltini Ruan Renato vurdu. Bəs Qismət Alıyev deyildi əsas penalti vuran?
- Qismət və Ruan vurur. Son vaxtlarda Ruan vururdu. Yenə də o yaxınlaşdı. Penalti lotereyadır. Əlimizə düşən epizodları vura bilmədik. Demək olar ki, bizim günümüz deyildi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest