07 Aprel 2026, 20:44
FUTBOL
"Qarabağ"ın 8 futbolçusu Azərbaycan U-20 millisinə dəvət alıb.
Matc.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Ağdam klubundan Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Şahismayıl Cəfərov, Əliəkbər Rzazadə, Eltun Babazadə, Uğur Qurbanlı, Bilal Hacıyev və Abduləziz Cabbarlı 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində yer alacaq.
Qeyd edək ki, çillimiz 13–26 aprel tarixlərində Qəbələdə təlim-məşq toplanışı keçəcək. Bu hazırlıq mərhələsi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatına hazırlığın bir hissəsidir.












