"Barselona" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəflərindən biri "Qalatasaray"da çıxış edən Viktor Osimhendir. Bu barədə "Catalunya Radio" məlumat yayıb.

Kataloniya təmsilçisi nigeriyalı forvardı heyətinə qatmaq üçün yayda Türkiyə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 30 oyunda 19 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest