"Roma"nın və Fransa millisinin yarımmüdafiəçisi karyerasını "İnter"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "OneFootball" məlumat yayıb.

Bildirilir ki, "Roma" UEFA-nın maliyyə tələblərinə cavab verməkdə çətinlik çəkir. Klub bu ilin iyun ayının sonuna qədər oyunçu satışından 80 milyon avro gəlir əldə etməlidir.

Bu məbləği əldə etmək üçün "Roma" ən azı bir əsas oyunçusunu qurban verməli olacaq. Kone ən çox ehtimal olunan namizəddir, çünki "İnter" klubu onunla maraqlanır.

A Seriyasının lideri artıq ötən yay 24 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışıb, lakin "Roma" ilə razılığa gələ bilməyiblər. Transfer haqqının 40 milyon avronu keçəcəyi gözlənilir.

Qeyd edək ki, bu mövsüm Kone "Roma"nın heyətində bütün yarışlarda 34 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest