İngiltərə Premyer Liqasını tərk edəcək ikinci klubun adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, "Börnli"nin elitanı tərk edəcəyi dəqiqləşib.

Skott parkerin rəhbərlik etdiyi kollektiv XXXIV turda doğma meydanda "Mançester Siti"yə 0:1 hesabı ilə uduzub. Komanda sona 4 tur qalmış 17-ci pillədə yer alan "Vest Hem"dən 13 xal geri qalır.

"Börnli" yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl "Vulverhempton"un Premyer Liqanı tərk edəcəyi rəsmiləşmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest