24 Aprel 2026, 10:51
FUTBOL
"İnter" "Sassuolo"nun müdafiəçisi Tarik Muharemoviçi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Milan təmsilçisi bosniya və herseqovinalı futbolçu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. "İnter" 23 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün onun klubu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, Tarik Muharemoviç bu mövsüm Tarik Muharemoviç "Sassuolo"nun heyətində keçirdiyi 29 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.












