23 Aprel 2026, 19:21
FUTBOL
"Çelsi" Liam Rosenior ilə yolları ayırdıqdan sonra hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunu çalışdıran Mattias Yaissleni yeni baş məşqçi kimi nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, London klubu artıq 38 yaşlı mütəxəssisin mümkün təyinatı üçün hazırlıqlar görüb.
Yaissle 2023-cü ilin yayından bəri "Əl-Əhli"yə rəhbərlik edir. Alman mütəxəssisin müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında 28 oyundan sonra "Əl-Əhli"nin aktivində 66 xal var və hazırda üçüncü yerdədir.












