"Vilyarreal" tarixində ilk dəfə ardıcıl iki mövsüm UEFA Çempionlar Liqasında iştirak edəcək.

Matc.az xəbər verir ki, komanda La Liqanın 34-cü turunda evdə "Levante" üzərində 5:1 hesablı qələbə qazanaraq Avropanın ən nüfuzlu klub turnirinin ümumi mərhələsində yerini təmin etdi.

Marselino Toralın komandası 68 xalla turnir cədvəlində üçüncü yerdədir və 5 oyunu qalan beşinci yerdəki "Betis"dən 18 xal qabaqdadır. Beləliklə, "Vilyarreal" növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, bu mövsüm Kastelyon klubu Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparsa da, 8 oyunda cəmi 1 xal qazanıb və mərhələni sonuncu, 35-ci yerdə tamamlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest