"Napoli" və Belçika millisinin hücumçusu Romelu Lukaku karyerasını Avropanın ən yaxşı beş liqasından kənarda davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı belçikalı futbolçu Türkiyə və Səudiyyə Ərəbistanı klublarının marağına səbəb olur. "Napoli" oyunçusu üçün 10 milyon avro istəyir.

Lukakunun İtaliya çempionu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir və onun illik maaşı 8 milyon avrodur.

"Napoli" intizam problemləri səbəbindən Lukakunu transfer etmək qərarına gəlib. Belə ki, hücumçu aprel ayında icazəsiz istirahətə yollanmışdı.

Lukaku artıq "Milan" və Premyer Liqa klublarına xidmətlərini təklif edib, lakin Avropanın ən yaxşı liqalarında hələlik heç kim məşhur hücumçuya maraq göstərməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest