"Goal" portal UEFA Çempionlar Liqasının yarımfinal oyunlarından sonra 2026-cı il üçün "Qızıl top" namizədlərinin siyahısını yeniləyib.

Matc.az xəbər verir ki, bu mükafata əsas namizəd "Bavariya"nın hücumçusu Harri Keyndir.

"Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal ikinci yerdədir. PSJ-nin hücumçusu Usman Dembele isə üçüncü yerdədir.

"Qızıl top" mükafatına namizədlər:

1. Harri Keyn ("Bavariya", İngiltərə millisi).
2. Lamin Yamal ("Barselona", İspaniya millisi).
3. Usman Dembele (PSJ, Fransa millisi).
4. Deklan Rays ("Arsenal", İngiltərə millisi).
5. Maykl Olise ("Bavariya", Fransa millisi).
6. Kilian Mbappe ("Real Madrid", Fransa millisi).
7. Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan millisi).
8. Erlinq Haland ("Mançester Siti", Norveç millisi).
9. Vitinya (PSJ, Portuqaliya millisi).
10. Luis Dias ("Bavariya", Kolumbiya millisi).
11. Qabriel Maqalhaes ("Arsenal", Braziliya millisi).
12. Lionel Messi ("İnter Mayami", Argentina millisi).
13. Kriştiano Ronaldo ("Əl-Nəsr", Portuqaliya millisi).
14. Bruno Fernandes ("Mançester Yunayted", Portuqaliya millisi).
15. Rafinya ("Barselona", ​​Braziliya millisi).
16. Vinisius Junior ("Real" Madrid, Braziliya millisi).
17. Bukayo Saka ("Arsenal", İngiltərə millisi).
18. Lautaro Martinez ("İnter", Argentina millisi).
19. Pedri ("Barselona", ​​İspaniya millisi).
20. Xulian Alvares ("Atletiko" Madrid, Argentina millisi).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest