"Bavariya"nın kapitanı Manuel Noyer UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin PSJ ilə cavab oyunundan (1:1) sonra açıqlama verib.
Matc.az xəbər verir ki, almaniyalı qapıçı komandanın hücumda inamlı çıxış etmədiyini bildirib:
"Hücumda kifayət qədər inamlı görünmürdük. Çox sayda qol epizodumuz olmasa da, qələbə qazanmaq üçün imkanlarımız var idi. Finala çox yaxın idik, lakin fürsətlərimizi dəyərləndirə bilmədik. Həlledici məqam yetişəndə və qol vuranda hər şey dəyişir. Təəssüf ki, vurduğumuz qol bir qədər gecikdi. Stadiondakı ab-hava gərgin və həyəcanlı idi. Son ana qədər oyunun içində idik, lakin rəqibin cərimə meydançasında bizə bir az inam çatmadı. Hər iki komanda yüksək intensivliklə oynadı. biz daha iki-üç qol vura bilərdik. Yaxşı presinq və sürətli əks-hücumlar vasitəsilə şanslar yaratmağa çalışdıq. Əlbəttə ki, hazırda məyusluq hissi üstünlük təşkil edir. Amma qarşıda bizi Almaniya kubokunun finalı gözləyir. Berliindəki həmin oyunu səbirsizliklə gözləyirik".




_1778151693.jpg)








