UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinin ən yaxşısı adına namizədlər müəyyənləşib.

Matc.az xəbər verir ki, həftənin oyunçusu seçilmək üçün iki futbolçu mübarizə aparacaq. Bunlar PSJ-nin müdafiəçisi Vilyan Paço ilə "Arsenal"ın yarımmüdafiəçisi Deklan Raysdır.

Qalibin adına UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında aydınlıq gələcək.

Qeyd edək ki, "Arsenal" "Atletiko"ya 1:0 hesabı ilə qalib gəlib, PSJ isə "Bavariya" ilə 1:1 hesablı heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest