"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Rays "Arsenal"ın "Atletiko"nu 1:0 hesabı ilə məğlub edərək finala yüksəldiyi oyunda start heyət yer alıb və bütün 90 dəqiqə meydanda olub. O, mükafatda PSJ-nin oyunçusu Villian Paçonu qabaqlayıb.

Çempionlar Liqasında həftənin rəmzi komandası da açıqlanıb: Raya ("Arsenal"), Paço (PSJ), Saliba ("Arsenal"), Pubille ("Atletiko"), Kvaratsxeliya (PSJ), Kimmix ("Bavariya"), Rays ("Arsenal"), Doue (PSJ), Dias ("Bavariya"), Saka ("Arsenal"), Dembele (PSJ).

Xatırladaq ki, Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest