"Fənərbaxça" mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Məhəmməd Salahı heyətinə qatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "El Fagr" portalı məlumat yayıb.

İstanbul nəhəngi misirli vingerə 3 illik müqavilə üçün 60 milyon avro maaştəklif edib. Salah bu təklifi qəbul edib. Lakin 33 yaşlı futbolçu ona gələn digər təklifləri də dəyərləndirdikdən sonra yekun qərarını verəcək.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 12 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest