13 May 2026, 16:46
FUTBOL
"Nyukasl"ın hücumçusu Nik Voltemade karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə nüfuzlu "Bild" nəşri məlumat yayıb.
"Atletiko" almaniyalı futbolçunu transfer etmək istəyir. Madrid təmsilçisi Voltemadeni mövsümün sonunda komandadan ayrılacağı açıqlanan Antuan Qrizmannın əvəzləyicisi kimi düşünür. La Liqa klubu 24 yaşlı forvardı yayda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Nik Voldemade bu mövsüm "Nyukasl" forması ilə bütün turnirlərdə keçirdiyi 52 oyunda 11 qol vurub, 5 qol ötürməsi edib.













