27 May 2026, 18:51
FUTBOL
"Arsenal" "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersin transferi üzərində aktiv şəkildə işləyir.
Matc.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.
Potensial sövdələşmə məbləğinin təxminən 80 milyon funt-sterlinq təşkil edəcəyi gözlənilir. "Topçular"ın rəhbərliyi artıq 23 yaşlı futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb. Londonluların baş məşqçisi Mikel Arteta bu keçiddə şəxsən maraqlıdır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Morqan Rocers başa çatan mövsümdə "Aston Villa"nın heyətində bütün turnirlərdə keçirdiyi 55 oyunda 14 qol vurub, 12 qol ötürməsi edib.


_1692637766.png)










