"Vilyarreal"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, La Liqa təmsilçisi İniqo Pereslə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İniqo Peresin son klubu "Rayo Valyekano" olub. İspaniyalı məşqçi klubla mövsümün sonunda başa çatan sözləşməsinin müddətini uzatmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest