"Ştutqart" hücumçu Deniz Undavın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Almaniya milli komandasının üzvü ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Deniz Undav 2023-cü ilin yayından "Ştutqart"da çıxış edir. 28 yaşlı forvard ötən mövsüüm komandanın heyətində keçirdiyi 46 oyunda 25 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest