2014-cü ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Əlcəzair yığmasında baş məşqçi Vladimir Petkoviç turnir planını yekunlaşdırıb.

Matc.az xəbər verir ki, Əlcəzair Futbol Assosiasiyasının təsdiqlədiyi 27 nəfərlik heyət həm taktiki universallığı, həm də ulduz adları ilə J qrupunda fırtına qopardacaq gücdədir.

Petkoviçin heyət seçimi və mövqelər üzrə tam siyahı:

Qapıçılar: Luka Zidan ("Qranada"), Ussama Benbut ("USM Əlcəzair"), Melvin Mastil ("Stad Nyon"), Abdellatif Ramdan ("MK Əlcəzair").

Müdafiəçilər: Rafik Belqali ("Verona"), Samir Şerqi ("Pariz"), Rayan Ayt Nuri ("Mançester Siti"), Jauen Ajam ("Yanq Boyz"), Ayssa Mandi ("Lill"), Rami Bensebaini ("Borussiya" Dortmund), Zineddin Belaid ("JS Kabiliya"), Aşref Abada ("USM Əlcəzair"), Mohamed Amin Tuqay ("Esperans").

Yarımmüdafiəçilər: Nabil Bentaleb ("Lill"), Hişem Budaui ("Nitstsa"), Ussem Auar ("Əl-İttihad"), Fares Şaibi ("Ayntraxt" Frankfurt), İbrahim Maza ("Bayer" Leverkuzen), Yasin Titraui ("Şarlerua"), Ramiz Zerruki ("Tvente").

Hücumçular: Mohamed el-Amin Amura ("Volfsburq"), Nadir Benbuali ("Dyor"), Adil Bulbina ("Əl-Duhail"), Fares Gecemis ("Frozione"), Amin Quiri ("Marsel"), Anis Hac Mussa ("Feyenoord"), Riyad Marez ("Əl-Əhli" Ciddə).

Qeyd edək ki, DÇ-2026-da J qrupunda qərarlaşan Əlcəzair yığması pley-offa vəsiqə uğrunda Argentina, Avstriya və İordaniya milliləri ilə qüvvəsini sınayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest