01 İyun 2026, 16:19
FUTBOL
"Mançester Siti"nin müdafiəçisi Natan Ake karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
"Fənərbaxça" niderlandlı futbolçunu transfer etmək istəyir. Premyer Liqa nəhəngi İstanbul klubundan 31 yaşlı mərkəz müdafiəçisi üçün 11 milyon avro tələb edir.
Qeyd edək ki, Natan Ake başa çatan mövsümdə "Mançester Siti"nin heyətində bütün turnirlərdə keçirdiyi 32 oyunda məhsuldar göstərici ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.










_1780323933.jpg)


