03 İyun 2026, 11:56
FUTBOL
Belçika milli komandası yoldaşlıq oyunu çərçivəsində Xorvatiyanı 2:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın 2-ci qolunu Romeli Lukaku vurub. "Napoli"nin hücumçusu 90+6-cı dəqiqədə fərqlənib.
Lukaku Belçika yığmasının heyətində vurduğu qolların sayını 90-a yüksəldib. 33 yaşlı forvard bunu 125 matçda bacarıb.
Təcrübəli oyunçu milli komandaların heyətində ən çox qol vuran 5-ci futbolçu olub.
Bu göstərici üzrə rekord portuqaliyalı Kriştiano Ronaldoya məxsusdur - 143 qol. 116 dəfə fərqlənən Argentina millisinin üzvü Lionel Messi 2-ci yerdədir. 3-cü yerdə İranın yığmasının keçmiş hücumçusu Əli Daei (108), 4-cü pillədə isə Hindistandan hücumçusu Sunil Çetridir (95).






_1780500978.jpg)


_1780496762.jpg)



