"Kayzer Çifs"ə yaxın olan mənbələrin bildirdiyinə görə, artıq klublar arasında razılı qəldə olunub və 22 yaşlı mərkəz müdafiəçisi Azərbaycana yola düşəcək.

"Kayzer Çifs"in müdafiəçisi Aden Makkarti karyerasını Azərbaycan Premyer Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "idiskitimes.co.za" saytı məlumat yayıb.

"Sabah" Cənubi Afrina Respublikasından olan futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. "Kayzer Çifs"ə yaxın olan mənbələrin bildirdiyinə görə, artıq klublar arasında razılı qəldə olunub və 22 yaşlı mərkəz müdafiəçisi Azərbaycana yola düşəcək.

Qeyd edək ki, Aden Makkarti ölkəsinin U-23 milli komandasının üzvüdür. O, başa çatan mövsümdə "Kayzer Çifs"in heyətində keçirdiyi 31 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest